Ölkə

Bakıda ekspress taksi xidməti təşkil edilə bilər - RƏSMİ AÇIQLAMA

4 May 2020 17:35
0 Şərh     Baxış: 1 904
VTB-də yüksək depozit faizleri daha çox qazandırır

"Pandemiyadan sonra ekspress xətlərin qalması analiz olunacaq".

Milli.Az Day.Az-a istinadən xəbər verir ki, bunu Nazirlər Kabineti yanında Operativ Qərargahın mətbuat konfransında Bakı Nəqliyyat Agentliyi (BNA) İdarə Heyətinin sədri Vüsal Kərimli bildirib. 

BNA rəsmisi deyib: "Metro və avtobus bir-birini təkrarlamamalıdır. Bu həm iqtisadi cəhətdən, həm sosial cəhətdən yük yaradır. "Manatlıq" taksilərin fəaliyyət göstərdiyi istiqamətlər üzrə isə ekspress xətlər fəaliyyət göstərir və pandemiyadan sonra da bu ekspress marşrutların fəaliyyət göstərməsi təhlil olunacaq".

Xüsusən də, Lökbatan qəsəbəsindən şəhər istiqamətində pik saatlarda ciddi axın var, bu istiqamətdə ekspress taksi marşurutların tətbiqinə ehtiyac ola bilər. Bu məsələlər müzakirə olunacaq".

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.