Ölkə

Təhsil Nazirliyi: “Virtual məktəb”də iştirak etməmək proqramdan geri qalmaq anlamına gəlməməlidir

4 May 2020 17:20
1 Şərh     Baxış: 9 921
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

"Virtual məktəb" layihəsində iştirak etməmək dərs proqramından geri qalmaq anlamına gəlməməlidir.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, bunu Təhsil Nazirliyinin Təhsil İnstitutunun İstedadlı uşaqlarla iş şöbəsinin müdiri Fuad Qarayev deyib.

Onun sözlərinə görə, bəzən valideynlər hansısa səbəblər üzündən övladlarının "virtual məktəb" layihəsində iştirak edə bilmədiklərini deyirlər:

"Mən müəllimlərə, şagirdlərə və valideynlərə müraciət edərək bildirmək istəyirəm ki, "Virtual məktəb" portalı teledərslərə yardımçı vasitədir. Bu gün şagirdlərin proqramdan geri qalmaması üçün onların tədris proqramına müvafiq olaraq "Dərs vaxtı" proqramı çərçivəsində teledərslər keçirilir. Bu teledərslər şagirdlər üçün yetərlidir. Düzdür, "Virtual məktəb" layihəsində iştirak etmək şagirdlər üçün müsbət haldır. Amma orada iştirak edə bilməmək də dərs proqramından geri qalmaq mənasına gəlmir".

Xatırladaq ki, aprelin 2-dən Təhsil Nazirliyi tərəfindən "Virtual məktəb" layihəsinə start verilib. Layihənin məqsədi Təhsil Nazirliyinin yayımladığı teledərslərin interaktivliyini təmin etmək və məsafədən tədris imkanlarını genişləndirməkdir.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.