Ölkə

Bakıda keçmiş məhkum avtobusla piyadanı vurub öldürdü

4 May 2020 10:34
0 Şərh     Baxış: 1 061
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Bakıda sərnişin avtobusu qəza törədib.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, hadisə mayın 1-də Xəzər rayonu, Şağan qəsəbəsində baş verib. Əvvəllər məhkum olunmuş 1972-ci il təvəllüdlü İ.Quliyev idarə etdiyi "İkarus" markalı avtobusla yolu keçmək istəyən 1973-cü il təvəllüdlü Səbirə Bağırovanı vurub. Piyada aldığı xəsarətdən hadisə yerində ölüb.

Araşdırma zamanı məlum olub ki, İ.Quliyev sərxoş halda iritutumlu avtobusu sürücülük vəsiqəsi olmadan idarə edib.

Faktla bağlı Cinayət Məcəlləsinin 263.1-3-cü (Yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarını sərxoş halda və ya nəqliyyat vasitələrini idarə etmək hüququ olmayan şəxs tərəfindən pozma, zərərçəkənin ölümünə səbəb olma) maddəsi ilə cinayət işi başlanıb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.