Ölkə

Arzu Nağıyev: "Beynəlxalq auditoriya üçün nəzərdə tutulmuş saytların domen adları anlaşıqlı olmalıdır"

1 May 2020 17:50
Baxış: 568
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Bəzi deputat həmkarlarım domen adlarının hərfləri haqqında məsələ qaldırdılar. Bildirmək istərdim ki, daxili auditoriya üçün nəzərdə tutulmuş saytların domen adlarını xarici auditoriyaya təqdim etmək mümkün deyil.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, bunu Milli Məclisin deputatı Arzu Nağıyev parlamentin bu gün keçirilən iclasında "Azərbaycan Respublikasında dövlət dili haqqında" qanuna dəyişikliyin müzakirəsi zaman deyib.

A.Nağıyev bildirib ki, beynəlxalq auditoriya üçün nəzərdə tutulmuş saytların domen adları anlaşıqlı olmalıdır:

"Trend İnformasiya Agentliyi kimi böyük media qurumunu təmsil etdiyim üçün məsələyə münasibət bildirmək istədim. Trend İnformasiya Agentliyi Məhdud Məsuliyyətli Cəmiyyət kimi qeydiyyatdan keçmiş hüquqi şəxsdir və bir neçə dildə informasiyaları təmin etmək üçün müxbirlərin, tərcüməçilərin, redaktorların, korrektorların xidmətlərindən istifadə edirik. Hesab edirəm ki, daxili auditoriyalar üçün nəzərdə tutulmuş domen adlarını dəyişməyə ehtiyac yoxdur, ancaq xarici auditoriya üçün domen adlarında müəyyən dəyişiklik etmək olar".

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.