Ölkə

Pul dəyişəndə niyə şəxsiyyət vəsiqəsi tələb olunur? - Açıqlama

1 May 2020 09:48
0 Şərh     Baxış: 4 354
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Bankların fəaliyyəti ciddi şəkildə normativ sənədlərlə tənzimlənir. Mövcud olan "Çirkli pulların yuyulması və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə" haqqında qanunun tələbləri ondan ibarətdir ki, vətəndaşların apardıqları bütün növ əməliyyatlar nəzarət altında həyata keçirilsin.

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, bunu Azərbaycan Banklar Asossiasiyasının Prezidenti Zakir Nuriyev İTV-də yayımlanan "3D" verilişində deyib.

Z.Nuriyev banklarda valyuta dəyişimi zamanı şəxsiyyət vəsiqəsinin tələb olunması məsələsinə belə aydınlıq gətirib:

"Biz 20 minə qədər olan vəsaitləri müştərilərimizə onun mənşəyi və istifadə istiqamətləri haqqında xüsusi sorğulamadan, 20 min manatın üzərində aparılan istənilən valyuta dəyişmə əməliyyatlarını isə bu qanunun tələbindən irəli gələrəkdən mənşəyi və istifadə istiqamətləri haqqında sorğulayır və bu məlumatları müvafiq olaraq maliyyə monitorinq xidmətinə təqdim edirik".

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.