Ölkə

Sürücülərin nəzərinə: 20 Yanvar dairəsinə giriş məhdudlaşdırılır

30 Aprel 2020 10:28
0 Şərh     Baxış: 3 104
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Bakı-Sumqayıt yolunda aparılan yenidənqurma işləri çərçivəsində 30 aprel və 1 may tarixlərində Moskva prospektindən 20 Yanvar dairəsinə şəhərdən çıxış istiqamətinə doğru hərəkət məhdudlaşdırılır.

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən (AAYDA) Milli.Az-a verilən məlumata görə, alternativ olaraq sürücülər Moskva prospektinin əsas yolundan, həmçinin Moskva pr-ti - Cavadxan küç. - 3-cü mkrn.dairəsi və ya Tbilisi pr-ti - Ədbdulvahab Salamzadə - Ceyhun Səlimov küçələri - 3 mkrn.dairəsi istiqamətlərindən istifadə edərək Asif Məhərrəmov və Rövşən Cəfərov küçələri ilə Moskva pr-nin köməkçi yoluna çıxa bilərlər.

Qeyd edək ki, 2 və 3 may tarixlərində isə Moskva prospektindən 20 Yanvar dairəsinə şəhər istiqamətində hərəkət məhdudlaşdırılacaq.

Alternativ olaraq sürücülər Moskva prospektinin əsas yolundan və Bakı Dairəvi-1 avtomobil yolundan, həmçinin Alatava - Dadaş Bünyadzadə , Alatava - Müzəffər Həsənov küçələri istiqamətindən istər 20 Yanvar dairəsinə, istərsə də şəhərin digər istiqamətlərinə çıxa bilərlər.

Yarana biləcək müvəqqəti narahatlığa görə, vətəndaşlardan üzr istəyirik.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.