Ölkə

Bakı, Sumqayıt və Xırdalan üzrə şəhərlərarası sərnişindaşımada sıxlıq artıb

29 Aprel 2020 17:49
0 Şərh     Baxış: 1 188
VTB-də yüksək depozit faizleri daha çox qazandırır

"Bakı, Sumqayıt və Xırdalan üzrə şəhərlərarası sərnişindaşımada sıxlıq müşahidə olunur".

Milli.Az Trend-ə istinadən xəbər verir ki, bunu Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin (DANX) İctimaiyyətlə əlaqələr sektorunun müdiri Nuridə Allahyarova bildirib.

Onun sözlərinə görə, bu səbəbdən fəaliyyəti müvəqqəti dayandırılan avtobuslar yenidən fəaliyyətə başlayıb:

"Bəzi iş yerlərinin açılması ilə əlaqədar olaraq Bakı, Sumqayıt və Xırdalan üzrə şəhərlərarası sərnişindaşımada sıxlıq qismən artıb. Bu səbəbdən sərnişin sayının az olmasına görə qismən azaldılan avtobuslar yenidən xəttə buraxılıb. Artıq 33 avtobus yenidən fəaliyyətə başlayıb".

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.