Ölkə

Mayın 4-dən sonra sosial müavinətləri almaq olacaq? - RƏSMİ AÇIQLAMA

27 Aprel 2020 12:55
Baxış: 12 704
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Karantin rejimi mayın 4-də bitsə belə, pensiya, müavinət, sosial yardım, təqaüd alanlar bu vəsaitlərini may ayında da istənilən bankomatdan rüsum tutulmadan çıxara biləcəklər.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, bunu Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Sosial təminat siyasəti şöbəsinin müdiri Babək Hüseynov deyib.

O deyib ki, ünvanlı dövlət yardımların ödənişi aprelin 28-də keçiriləcək. Məqsəd cari ay ərzində müraciət etmiş bütün ailələrin bu ay ərzində sosial yardımları almasına kömək etməkdir:

"Vətəndaşları bankomatlar qarşısında sıxlıqdan qorumaq məqsədilə istənilən bankomatdan pensiya, müavinət, sosial yardım, təqaüdü heç bir rüsum tutulmadan almaq üçün şərait yaradılıb. Bu halda onlar bütün vəsaitlərini tam şəkildə alacaqlar. Bununla bağlı razılıq xüsusi karantin rejiminin tətbiq edildiyi müddətə aiddir. Karantin rejimi mayın 4-də bitsə belə, bu, may ayında da qüvvədə olacaq. Bununla biz yenə də vətəndaşlarımızı virusa yoluxmadan qoruyuruq".

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.