Kafe və restoranların fəaliyyəti karantin qaydalarının yumşaldılmasının ikinci mərhələsində bərpa oluna bilər.
Milli.Az bildirir ki, bunu Nazirlər Kabineti yanında Operativ Qərargahın toplantısında İqtisadiyyat naziri Mikayıl Cabbarov deyib.
O qeyd edib ki, iaşə obyektləri fəaliyyətini bərpa etdikdən sonra sanitar qaydalara ciddi əməl etməlidir.
Əməkdaşlar maska və əlcəklərdən mütləq şəkildə istifadə etməli, masalar arası məsafələr nəzərə alınmalıdır.
Milli.Az