Kafe və restoranlar nə zaman açılacaq? - RƏSMİ AÇIQLAMA

25 Aprel 2020 17:43

Kafe və restoranların fəaliyyəti karantin qaydalarının yumşaldılmasının ikinci mərhələsində bərpa oluna bilər.

Milli.Az bildirir ki, bunu Nazirlər Kabineti yanında Operativ Qərargahın toplantısında İqtisadiyyat naziri Mikayıl Cabbarov deyib.

O qeyd edib ki, iaşə obyektləri fəaliyyətini bərpa etdikdən sonra sanitar qaydalara ciddi əməl etməlidir.

Əməkdaşlar maska və əlcəklərdən mütləq şəkildə istifadə etməli, masalar arası məsafələr nəzərə alınmalıdır.

Milli.Az