Bakıda yol qəzası baş verib.
Milli.Az Trend-ə istinadən xəbər verir ki, hadisə paytaxtın Nizami rayonu, Cəmşid Naxçıvanski küçəsində qeydə alınıb.
Bakı şəhər sakini, 1993-cü il təvəllüdlü Emin Həsənov idarə etdiyi motosiklet ilə hərəkətdə olarkən "Mercedes" markalı avtomobillə toqquşub. Hadisə zamanı E.Həsənov xəsarət alaraq 3 saylı şəhər xəstəxanasına yerləşdirilib.
Faktla Nizami rayon Polis İdarəsi tərəfindən araşdırma aparılır.
Milli.Az