Ölkə

Azərbaycanda ekspres koronavirus testləri tətbiq ediləcək

24 Aprel 2020 15:26
0 Şərh     Baxış: 853
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

"Gələcəkdə Azərbaycanda da koronavirusun təyini ilə bağlı ekspres testlər tətbiq ediləcək".

Milli.Az Trend-ə istinadən xəbər verir ki, bunu Ümumdünya Səhiyyə Təşkilatının Azərbaycandakı nümayəndəliyinin mütəxəssisi Cəvahir Süleymanova deyib.

Onun sözlərinə görə, bu testlər vasitəsilə müayinəni 45 dəqiqə ərzində aparmaq mümkün olacaq.

C.Süleymanova əlavə edib ki, Azərbaycanda testlərin aparılması ilə bağlı çox unikal sistem yaradılıb. İnsanlardan nümunələr götürülür və təcili tibbi yardım maşınları ilə laboratoriyalara çatdırılır:

"Bu, insanları daha təhlükəli vəziyyətə düşməkdən qoruyur. Bu halda insanda virus yoxdursa, birbaşa özünün xəstəxanaya getməməsi onu qoruyur. Hazırda isə testin cavablı laboratoriyaya çatdırıldıqdan sonra ən azı 6-7 saat ərzində məlum olur".

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.