Ölkə

“Mən də 3 milyonu Çovdarova halal edirəm” - Tağı Əhmədov

23 Aprel 2020 18:29
4 Şərh     Baxış: 2 474
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

"Bakı metropoliteni"nin sabiq sədri Tağı Əhmədov ondan 3 milyon manat rüşvət alan Milli Təhlükəsizlik Nazirliyinin (MTN) Energetika və Nəqliyyat Sahələrində Təhlükəsizlik Baş İdarəsinin sabiq rəisi Akif Çovdarovun həbsdə azad olunmasına münasibət bildirib. 

Milli.Az xəbər verir ki, T.Əhmədov Unikal.org-un "Akif Çovdarov azadlığa çıxıb, 3 milyonunuzu ondan geri alacaqsınızmı?" sualına sensasion cavab verib: "Birincisi, Akif Çovdarovdan pulu mən tələb etmirəm. İkincisi, onunla görüşmək və sifətini görmək niyyətim də yoxdur. Əgər dövlətimiz o pulu ona halal eləyibsə, məndə ona halal edirəm. Üçüncüsü də onun məndən aldığı pulu dövlət alıb, geri qaytarmalıdır. Akif kimdir ki, mən onunla görüşüb, pulumu tələb edim?". 

Milli.Az 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.