Ölkə

Vilayət Eyvazovdan həbs edilmiş qadının yanında olan üç yaşadək uşağı ilə bağlı QƏRAR

20 Aprel 2020 13:46
0 Şərh     Baxış: 3 077
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Daxili İşlər naziri, general-polkovik Vilayət Eyvazov tutulmuş və ya həbs edilmiş qadının yanında olan üç yaşınadək uşaqla bağlı məhkəmə vəsatəti qaldırmasında dəyişikliyi nəzərdə tutan qərar imzalayıb.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, bununla bağlı "Polis orqanlarının müvəqqəti saxlama yerlərində saxlanılan şəxslərin mühafizəsi və müşayiəti qaydalarına dair Təlimat"ın 11.4.9-cu bəndinə dəyişiklik edilib.

Həmin bənd tutulmuş və ya həbs edilmiş qadının yanında olan üç yaşınadək uşağına qayğı göstərilə bilməməsi ilə bağlıdır.

Bu zaman qadın uşağın qanunla müəyyən edilmiş qaydada qohumlarına verilməsi, bu mümkün olmadıqda isə uşaqlar üçün sosial xidmət müəssisələrinə göndərilməsi barədə məhkəmə qarşısında vəsatət qaldıra bilər.

Sənədin bundan əvvəlki variantında isə müvafiq hallar üçün üç yaşınadək uşaqların qohumlarına və uşaq müəssisələrinə verilməsi üçün vəsatət qaldırılması nəzərdə tutulurdu.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.