Ölkə

İşsiz kimi qeydiyyata alınanlardan 25 min nəfəri üçün də birdəfəlik vəsait köçürüldü

17 Aprel 2020 19:19
Baxış: 2 799
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

İşsiz kimi qeydiyyata alınan şəxslərdən daha 25 min nəfəri üçün birdəfəlik vəsait aidiyyəti üzrə köçürüldü.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən Milli.Az-a verilən məlumata görə, kəmin şəxslərə qeydiyyata alınmaq üçün müraciət edərkən qeyd etdikləri telefon nömrəsinə bu barədə SMS göndəriləcək.

Onlar evdən çıxmaq üçün müvafiq qaydada icazə aldıqdan sonra, mesajda "Azərpoçt" MMC qeyd edildiyi halda istənilən poçt şöbəsinə, bank göstərildiyi halda isə həmin bankın istənilən filialına şəxsiyyət vəsiqəsi ilə müraciət edərək birdəfəlik ödəməni əldə edə bilərlər.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən işsiz şəxslərə aprelin 9-dan başlayaraq birdəfəlik ödəmələrin verilməsinə başlanıb. Hər gün bu proses davam etdirilir və artıq 165 min işsiz şəxs üçün birdəfəlik vəsaitin bank filiallarına və poçt şöbələrinə köçürülməsi təmin edilib.

Ödənişlər qarşıdakı günlərdə də davam edəcək.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.