Ölkə

Ağsuda oğlunun adından saxta icazə alan şəxs cərimələndi

13 Aprel 2020 16:23
0 Şərh     Baxış: 1 300
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Ağsu rayon sakininin xüsusi karantin rejiminin qaydalarını pozaraq saxta yolla icazə alması müəyyən edilib.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, Ağsu rayon sakini İlqar Kərimov evdən çıxmaq üçün saxta icazə alıb.

O oğlunun şəxsiyyət vəsiqəsinin seriya nömrəsini 8103 nömrəsinə qısa mesajla göndərərək evdən çıxıb. Xüsusi karantin rejim qaydalarını pozan həmin şəxs müəyyən edilərək rayon polis şöbəsinə gətirilib və barəsində inzibati tədbir görülərək sərbəst buraxılıb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.