Ölkə

Azərbaycanla Gürcüstan arasında yük daşımaları xüsusi protokol əsasında həyata keçirilir

7 Aprel 2020 18:17
Baxış: 1 285
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Gürcüstan-Azərbaycan sərhədində gömrük sərhəd-keçid məntəqələrindən bütün yük daşımaları 24 saat ərzində xüsusi hazırlanmış protokol əsasında həyata keçirilir.

Milli.Az xəbər verir ki, bu barədə Trend Gürcüstan Maliyyə Nazirliyinin Gəlirlər Xidmətinin hesabatına istinadən məlumat verib.

Qeyd olunur ki, Azərbaycan və Gürcüstan ərazilərində profilaktik tədirlərin keçirilməsi ilə əlaqədar nəqliyyat vasitələri xüsusi protokol əsasında gömrük sərhəd-keçid məntəqələrindən keçir.

Xatırladaq ki, Azərbaycanda koronavirus epidemiyası ilə əlaqədar aprelin 5-dən 20-dək ölkəyə yük daşımaları istisna olmaqla yerüstü və hava nəqliyyatı ilə giriş-çıxış tamamilə dayandırılıb.

Milli.Az 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.