Ölkə

Karantin dövründə bütün bankomatlarda sosial ödənişlər üçün faiz tutulmayacaq - Sahil Babayev

7 Aprel 2020 18:07
0 Şərh     Baxış: 1 142
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"Karantin dövründə bütün bankomatlarda sosial ödənişlər üçün faiz tutulmayacaq".

Milli.Az Trend-ə istinadən xəbər verir ki, bunu Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayev deyib.

Onun sözlərinə görə, bununla bağlı bütün banklarla razılaşma əldə edilib:

"Əvvəllər bu faiz tutulurdu. Biz artıq banklarla bankomatlardan edilən sosial ödənişlər üçün faizlərin tutulmaması barədə razılaşma əldə etmişik. Bu, kömək edəcək ki, insanlar onlara ən yaxın olan istənilən bankın bankomatından öz ödənişlərini alsınlar".

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.