Ölkə

Ramil Həsən: "Hər evdən çıxma, hər bir kənar şəxslə təmas virusa yoluxma və ölüm deməkdir"

4 Aprel 2020 14:12
Baxış: 823
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Koronavirus pandemiyasının ölkəmizin ərazisində geniş yayılmasının qarşısının alınması üçün Azərbaycan hökuməti Prezident İlham Əliyevin xüsusi göstərişləri, Ümumdünya Səhiyyə Təşkilatının tövsiyələrinə əsasən müvafiq addımlar atır. Nazirlər Kabineti tərəfindən aprelin 3-də qəbul olunan qərar da məhz bu məqsədə xidmət edir.

Milli.Az bildirir ki, bunu Trend-ə Milli Məclisin deputatı Ramil Həsən deyib.

R.Həsən bildirib ki, bütün vətəndaşların bu qərara əməl etməsi mütləq şərtdir.

Onun sözlərinə görə, koronavirusla bağlı vəziyyət ən pis ssenari üzrə inkişaf edir və məsuliyyətsiz davranılacağı, qaydalara riayət olunmayacağı təqdirdə daha da pisləşə bilər:

"Hazırda mütəxəssislər həyəcan təbili çalırlar. Çünki bu virus sürətlə yayılma mərhələsindədir. Bu da ölkəmiz və vətəndaşlarımız üçün real təhlükə deməkdir. Xəstəliyə yoluxanların sayı artır və nəticədə həyatını itirənlər də çoxalır. Bunun qarşısını almaq üçün isə vətəndaşlar hökumətin, Operativ Qərargahın qəbul etdiyi qərarlara ciddi şəkildə əməl etməlidirlər. İnsanlar karantin rejimində evlərindən çıxmamalıdır".

Deputat qeyd edib ki, hər evdən çıxma, hər bir kənar şəxslə təmas virusa yoluxma və bu da nəticə etibarilə ölüm deməkdir:

"İnsanlar məsuliyyəti dərk etməli, dövlətin koronavirusla mübarizədə atdığı addımlara dəstək olmalıdırlar. Dünyanı caynağına keçirmiş pandemiyadan ölkəmizin və vətəndaşlarımızın minimal zərərlə çıxmasına köməklik göstərmək bizim tarix və gələcək nəsillərimiz qarşısındakı məsuliyyətimizdir. Biz birlikdə güclüyük. Evdə qalın ki, bu təhlükəli bəladan xilas ola bilək".

Milli.Az 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.