Ölkə

“Xəbərdarlıq alan şəxs təkrar icazəsiz çölə çıxsa, həbs ediləcək”

3 Aprel 2020 13:14
0 Şərh     Baxış: 2 106
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Məlum olduğu kimi, Nazirlər Kabineti yanında Operativ Qərargahın qərarı ilə aprelin 5-dən adı xüsusi siyahıda olmayan vətəndaşlar evdən çıxmaq üçün öncədən icazə almalı olacaqlar.

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, Baş Dövlət Yol Polisi İdarəsinin sözcüsü Kamran Əliyev İTV-də çıxışında bildirib ki, karantin qaydalarının pozulmasına görə dünəndən bəri 10 nəfər həbs edilib, 3566 nəfər cərimələnib: 

"Polisin qanuni tələblərinə tabe olmayanlar və eyni əməli təkrar törədənlər barəsində daha ciddi intizam tədbiri görülür, həmin şəxslər həbs olunur.

İcazə almadan və icazəni təsdiqləmədən evdən çıxan şəxslər inzibati məsuliyyətə cəlb olunacaq. Dünən məsuliyyətə cəlb olunan 3566 nəfərdən hər hansı biri təkrar eyni xətanı törətsə, yəni icazə almadan evdən çıxarsa, artıq onu inzibati həbs gözləyir. Həmin şəxslər cərimə olunmayacaq, həbs olunacaq. 

İcazə alınmadan çıxmaq üçün nəzərdə tutulan hallarla bağlı vətəndaşların əlində sənəd olmalıdır. Kimsə evdən çıxıb "məni polisə çağırıblar" deyib gedə bilməz. Mütləq çağırış sənədi göstərməlidir". 

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.