Ölkə

Azərbaycanda uşaqlara energetik içkilərin satışı qadağan edilsin - TƏKLİF

31 Mart 2020 16:19
1 Şərh     Baxış: 947
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Azərbaycanda uşaqlara energetik içkilərin satışının qadağan edilməsi təklif edilir.

Milli.Az Trend-ə istinadən bildirir ki, bununla əlaqədar "Uşaq hüquqları haqqında" qanuna yeni dəyişikliklər edilir.

İnzibati Xətalar Məcəlləsinə təklif edilən dəyişikliyə əsasən isə energetik içkilərin yetkinlik yaşına çatmayanlara satılmasına görə yüz manat məbləğində cərimə tətbiq ediləcək.

"Gənclər siyasəti haqqında" qanunla hazırda bu cərimə yalnız zorakılığın, qəddarlığın, narkotik vasitələrin və psixotrop maddələrin, alkoqollu içkilərin, habelə tütün məmulatlarının, cəmiyyət əleyhinə davranışın, pornoqrafik xarakterli informasiyanın təbliğinə görə tətbiq edilir. Qanuna təklif edilən yeni dəyişikliyə əsasən, energetik içkilərin yetkinlik yaşına çatmayanlara satılmasına görə də cərimə tətbiq ediləcək.

Milli.Az 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.