"Hər birimiz gücümüzü səfərbər edərək yaşlı insanları öz qayğımızla əhatə etməliyik" - Politoloq
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Prezident İlham Əliyevin də qeyd etdiyi kimi, Azərbaycan xalqının güclü milli-mənəvi dəyərlər sisteminə malik olması koronavirusla mübarizədə öz təsirini göstərəcək.
Milli.Az xəbər verir ki, bunu Trend-ə politoloq Sona Əliyeva deyib.
O bildirib ki, son günlər müxtəlif qurumların və bir sıra ölkə vətəndaşlarının yaşlı insanlara dəstək məqsədilə müxtəlif aksiyalar həyata keçirməsi bu fikri bir daha təsdiqləyir:
"Bildiyiniz kimi, Azərbaycanda həmişə böyüklərə hörmət, diqqət və qayğı olub. Bu ənənə Azərbaycanda artıq həyat tərzinə çevrilib. Hər bir Azərbaycan vətəndaşı böyüyə hörməti, kiçiyə mərhəməti özünün mənəvi borcu bilir. Bildiyiniz kimi, hazırkı dövrdə koronavirusdan dünyasını dəyişən insanlar arasında yaşlılar daha çoxdur. Bu günlərdə həmin qəbildən olan insanların daha çox yardıma və dəstəyə ehtiyacı var. Hər birimiz gücümüzü səfərbər edərək bu insanları öz qayğımızla əhatə etməliyik".
Politoloq bildirib ki, koronavirusa qarşı mübarizədə Azərbaycan dünyada ən yaxşı nümunələrdən birini göstərir:
"Bu xəstəlik Azərbaycana kənardan gəlib. Onun geniş yayılmaması üçün Azərbaycanda bu gün çox ciddi addımlar atılır. Cənab Prezidentin dünən Azərbaycan Televiziyasına verdiyi müsahibəsində həm bu sahədə görülən işlər, həm bu koronavirus təhlükəsinin iqtisadiyyat üçün yaratdığı çətinliklərdən çıxmaq üçün Azərbaycan hökumətinin atdığı addımlardan danışması insanlarda inamı gücləndirir.
İnsanlar dövlət başçısının onların taleyini düşündüyünü, təhlükəsizliyinin qorunması üçün mühüm işlər apardığının fərqindədirlər. Azərbaycan xalqı bugünkü çətin dövrdən də cənab Prezidentin apardığı siyasət, milli birlik, həmrəyliklə xilas ola biləcək. Azərbaycanda milli birlik, həmrəylik, xalqın ölkəmizin müstəqilliyi uğrunda sıx birləşməsi həmişə lazımdır. Bugünkü ağır dövrdə Azərbaycana həmrəylik xüsusilə lazımdır".
Milli.Az
DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
-
Göyçayda “Mercedes” motosikletlə toqquşdu - (Video)
-
Natavan Həbibi görünüşünü dəyişdirdi - (Foto)
-
Lavrovdan Quterreşlə bağlı gözlənilməz açıqlama
-
ADY-nin Astara Terminalında yük aşırılması 30 faiz artıb
-
Azərbaycanda bu tələbələrə kirayə pulu verilə bilər
-
Qazaxda xəstəxanada yanğın baş verdi
-
Göyərtəsində məşhur müğənninin olduğu təyyarə yoxa çıxdı
-
Toni Kroos: "Arda 11-də oynamalıdır"
-
"Fənərbaxça" formasını geyinib Nur dağına getdi
-
Zaur Baxşəliyev gənclik sirrini açıqladı - (Video)
-
Tanınmış 30 yaşlı idmançı faciəvi şəkildə öldü
-
Rusiya bu bölgələrdə komendant saatı tətbiq etdi
-
“Fənərbağça” ilə oyuna rekord sayda bilet satıldı
-
Azərbaycanda mal əti bahalaşdı
-
Tural Məmmədov işdən çıxdı
-
Şerif Sezerin mükafat mərasimində halı pisləşdi - (Foto)
-
Azərbaycan Prezidenti: Dağ-mədən sənayesinin son məhsula qədər tam zənciri yaradılmalıdır - (Tam çıxış)
-
İlham Əliyev Azərbaycanda dağ-mədən sənayesinin inkişafını əngəlləyən səbəblərə toxunub
-
Prezident: Bu gün bizdə ehtiyat generasiya gücləri kifayət qədər böyükdür
-
İlham Əliyev: Yeni proqram regionların sosial-iqtisadi inkişafına dair gündəliyimizi əks etdirir
-
IV Bakı Təhlükəsizlik Forumu işə başlayıb
-
Bülent Ersoydan balaca fanatlarına böyük jest: "Paçka” pulları işə saldı - (Video)
-
Azərbaycanda qızılca ilə bağlı son vəziyyət açıqlandı - RƏSMİ
-
Leyla Əliyevanın təşəbbüsü ilə Bilgəhdə sahilyanı təmizlik aksiyası keçirilib - (Video)





