Ölkə

AZAL Bakı-Naxçıvan-Bakı reysləri üzrə dövlət təyinatlı yüklərin daşınmasını həyata keçirəcək

25 Mart 2020 18:38
Baxış: 1 676
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Operativ Qərargahla birlikdə koronavirus infeksiyasının (COVID-19) yayılması ilə mübarizə ilə bağlı görülən tədbirlər çərçivəsində "Azərbaycan Hava Yolları" Bakı-Naxçıvan və Naxçıvan-Bakı marşrutu üzrə bütün dövlət təyinatlı yüklərin prioritet qaydada və təmənnasız əsaslarla daşınmasını həyata keçirəcək.

Milli.Az xəbər verir ki, bu barədə Trend-ə "Azərbaycan Hava Yolları" QSC-ya istinadən məlumat verir.

Qeyd edək ki, "AZAL" QSC-nin bütün struktur bölmələri gücləndirilmiş iş rejimində və hökumət qurumları ilə sıx əlaqədə işləməyə davam edirlər.

Milli.Az 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.