Ölkə

"Caspian İnternational Hospital" Koronavirusla Mübarizəyə Dəstək Fonduna 50 min manat ianə edib

23 Mart 2020 19:44
Baxış: 652
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

"Caspian İnternational Hospital" koronavirus infeksiyasına qarşı mübarizənin gücləndirilməsi və əhalinin sağlamlığının qorunması məqsədi ilə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin imzaladığı 19 mart 2020-ci il tarixli Fərmanla yaradılmış Koronavirusla Mübarizəyə Dəstək Fonduna ianə edib.

Milli.Az Trend-ə istinadən bildirir ki, öz korporativ sosial məsuliyyətini yerinə yetirən "Caspian İnternational Hospital" Fonda 50 min manat vəsait köçürüb.

Bununla də müəssisə Koronavirus (COVID-19) pandemiyasının Azərbaycanda geniş yayılmasının qarşısının alınması məqsədi ilə həyata keçirilən tədbirlərə öz töhfəsini verib.

Milli.Az 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.