Ölkə

Almaniya koronavirusdan sağalan vətəndaşına görə Azərbaycana təşəkkür etdi - FOTO

19 Mart 2020 14:24
Baxış: 1 970
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Almaniyanın Azərbaycandakı səfiri Wolfgang Manig Azərbaycan hökumətinə təşəkkür edib.

Almaniyanın Azərbaycandakı Səfirliyindən Trend-ə verilən məlumata görə, diplomatik korpusun rəhbəri ilk növbədə, Bakıda qalan alman qız xorunun, habelə ölkəmizdə yaşayış icazəsi olan digər Almaniya vətəndaşlarının etibarlı şəkildə Almaniyaya qayıtmasını təmin etmək üçün göstərilən operativ və səmərəli köməkliyə görə minnətdarlığını ifadə edib. Wolfgang Manig qısa müddət ərzində aparılan hazırlıq işləri nəticəsində Almaniyaya getmək arzusunda olan 100-dən çox şəxsin təyyarə vasitəsilə ünvana çatdırıldığını qeyd edib.

Səfir karantində saxlanılan və koronavirus aşkarlanan Almaniya vətəndaşının sağalması üçün və onun hamilə həyat yoldaşına göstərilən qayğı və səyləri yüksək qiymətləndirib.

Xatırladaq ki, "COVİD-19"a yoluxduğu aşkarlanan Almaniya vətəndaşı Hatton ölkəmizə İrandan daxil olmuşdu. Azərbaycanda müayinə zamanı onun "COVİD-19" testi pozitiv çıxmışdı. Xüsusi rejimli xəstəxanada müalicə olunan xəstə qısa müddətdə sağalaraq xəstəxanadan buraxılıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahın son məlumatına görə, hazırda Azərbaycanda 23 nəfər aktiv koronavirus xəstəsi xüsusi rejimli xəstəxanalarda həkim nəzarəti altındadır, onların müalicəsi ilə bağlı müvafiq tədbirlər davam etdirilir.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.