Ölkə

AZAL-ın Budapeşt-Bakı istiqaməti üzrə çarter reysi ilə 123 Azərbaycan vətəndaşı vətənə qayıtdı

19 Mart 2020 10:44
Baxış: 1 060
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Martın 19-na keçən gecə AZAL aviaşirkəti tərəfindən Budapeşt-Bakı istiqaməti üzrə yerinə yetirilmiş çarter reysi ilə 123 Azərbaycan vətəndaşı vətənə qayıtmışdır.

"Azərbaycan Hava Yolları" QSC-nin mətbuat xidmətin-dən Milli.Az-a bildirilib ki, bu, Azərbaycanın Milli aviadaşıyıcısının Avropadan artıq ikinci çarter reysidir - dünən Romadan Bakıya 161 nəfər sərnişin gətirilmişdir.

Həmçinin, martın 19-na keçən gecə İstanbul- Bakı istiqaməti üzrə 237 nəfər Azərbaycan vətəndaşının olduğu növbəti çarter reysi yerinə yetirilmişdir.

AZAL və "Aeroflot" aviaşirkətləri razılaşma əsasında Rusiyadan (Moskva və Sankt-Peterburq) çarter reyslərini həyata keçirməyə davam edirlər. Bu günə qədər həmin reyslərlə Bakıya 697 nəfər Azərbaycan vətəndaşı gətirilmişdir.

Azərbaycanın Milli aviadaşıyıcısı bu istiqamətdə işləri davam etdirəcəkdir.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.