Ölkə

Ölkədəki xüsusi rejimə əməl etməyən şirkət cəzalandırıldı - VİDEO

18 Mart 2020 14:29
0 Şərh     Baxış: 2 739
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Bakı Nəqliyyat Agentliyi xüsusi rejim tətbiq olunduğu zamanda Koroğlu-Zabrat 1 marşrut xətti ilə hərəkət  edən 198 saylı avtobuslarda sıxlıq hallarının yaşanması ilə bağlı sosial şəbəkələrdə yayılmış görüntülərə aydınlıq gətirib.

Milli.Az xəbər verir ki, qurumun mətbuat xidmətinin rəhbəri Mais Ağayev qafqazinfo-ya açıqlamasında bildirib ki, sözügedən müntəzəm marşrut xətti üzrə sərnişindaşımanın vəziyyəti ilə bağlı Bakı Nəqliyyat Agentliyinə mütəmadi olaraq sərnişinlərdən şikayət daxil olub:

"Dəfələrlə xətt üzrə daşıyıcı Qrand Bus şirkətinə edilən xəbərdarlıqlara baxmayaraq görünən mənzərə odur ki, heç bir təsirli tədbir görülməyib. 

Bu səbəbdən də bu xətt üzrə sərnişindaşıma fəaliyyətini həyata keçirən "Qrand Bus MMC" ilə müvəqqəti istismara dair müqaviləyə xitam verilib. Yaxın günlərdə xətt üzrə sərnişindaşıma fəaliyyəti başqa bir daşıyıcı tərəfindən həyata keçiriləcək. 

Təbii ki, bu cür epidemik vəziyyətlərdə hər bir kəs, xüsusilə də, sərnişindaşıma sahəsində çalışanlar məsuliyyətlərini dərk etməli və qoyulan tələblərə mütləq şəkildə əməl etməlidirlər. Bir daha vurğulamaq istəyirəm ki, sərnişinlərin rahatlığı və təhlükəsizliyi baxımından qoyulan tələblərə əməl etməyən, işinə laqeyd yanaşan hər bir daşıyıcı bilməlidir ki, onu da eyni aqibət gözləyir".

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.