Bakı Ali Neft Məktəbinin xaricdə təhsil alan tələbələri Bakıya gətirilib
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Koronavirus (COVID-19) infeksiyasının dünyada pandemiya halını almasını nəzərə alaraq, Bakı Ali Neft Məktəbinin (BANM) xaricdə təhsil alan tələbələrinin zərurət yarandığı halda təxliyyə edilməsinə qərar verilib.
BANM-dan Milli.Az-a bildirilib ki, artıq Ali Məktəbin Neft-qaz mühəndisliyi ixtisasının V kurs tələbələri Əli Nuraliyev, Xalidə Əhmədzadə və Elgün Yusifovun Norveçdən təxliyyə olunaraq, Bakıya gətirilməsi təmin edilib.
Bundan başqa, Kimya mühəndisliyi ixtisasının V kurs tələbələri Cavid Məcidov, Faiq Hacıbalayev və Fidan Quliyeva İtaliyadan təxliyyə olunuraq ötən gün axşam Azərbaycan hava yollarına məxsus xüsusi reyslə Bakıya geri qaytarılıb.
Kimya mühəndisliyi ixtisasının V kurs tələbələri Cavid Məmmədli, Nigar Cahangirova, Arzu Abdullayeva və Neft-qaz mühəndisliyi ixtisasının V kurs tələbələri Aytac Xodayeva, Mirzəxan Əliyev də Fransadan təxliyyə olunaraq ölkəmizə gətiriliblər.
Eyni zamanda, tələbələrin yüksək təhlükəsizlik şəraitində karantində saxlanılması təmin edilib. Onların hər birinin vəziyyəti qənətbəxşdir.
Qeyd edək ki, Bakı Ali Neft Məktəbinin 11 tələbəsi Norveç, Fransa və İtaliyada 2 ay ərzində istehsalat təcrübəsində iştirak edirdi.
Onlar Heydər Əliyev Fondu və İtaliyanın neft və qaz şirkəti - "Technip FMC" arasında imzalanmış əməkdaşlıq memorandumu çərçivəsində həyata keçirilən "Neft, qaz və neft-kimya sahəsində təhsil alan tələbələr üçün texnoloji biliklərin ötürülməsi üzrə magistr proqramı" layihəsinin qalibi olublar.
Xaricdə təhsil alan digər BANM tələbələrinə məskunlaşdıqları ölkədə tətbiq edilən xüsusi rejimə, gigyenik qaydalara riayət etmələri, təxliyyə zərurət yarandığı halda mütləq şəkildə Ali Məktəbin məsul şəxslərinə məlumat vermələri tövsiyə olunur.
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
Arıqlayaraq tanınmaz dərəcədə dəyişən məşhurlarımız – Kimə daha çox yaraşıb? - (Fotolar)
-
Suraxanıda çuxur böhranı: Sakinlər və sürücülər çıxılmaz vəziyyətdə - (Video)
-
“Heç nə dəyişməyib, insanlar hələ də məndən qorxurlar” - Şeron Stoun - (Foto)
-
Bakıda üç uşaq anası marketdə əri tərəfindən döyüldü - anbaan (Video) - Yenilənib
-
"2 gün ac qalırdım, amma heç kimə əyilmirdim" - Elgiz Əkbər
-
Bakıda səs-küy yayan daha bir restorandan şikayət - (Video)
XƏBƏR LENTİ
-
Toyuğun döşü, yoxsa budu daha faydalıdır?
-
Arıqlayaraq tanınmaz dərəcədə dəyişən məşhurlarımız – Kimə daha çox yaraşıb? - (Fotolar)
-
Bananı qətiyyən bunlarla birlikdə yeməyin
-
Suraxanıda çuxur böhranı: Sakinlər və sürücülər çıxılmaz vəziyyətdə - (Video)
-
“Heç nə dəyişməyib, insanlar hələ də məndən qorxurlar” - Şeron Stoun - (Foto)
-
Günün qoroskopu: Enerjinizlə bütün diqqəti üzərinizə çəkəcəksiniz
-
“NATO şişir və genişlənir” - Putindən xəbərdarlıq
-
Ermənistanda sabiq nazir məhkəmədən xərəkdə çıxarıldı - (Video)
-
İlham Əliyev Sərvər Bəşirli haqqında: Köhnə bir avtomobillə yorğan-döşək - əlində nə var idi onu gətirmişdi
-
Bakıda üç uşaq anası marketdə əri tərəfindən döyüldü - anbaan (Video) - Yenilənib
-
"2 gün ac qalırdım, amma heç kimə əyilmirdim" - Elgiz Əkbər
-
Azərbaycanda 160 manata torpaq sahəsi satılır
-
Bakıda səs-küy yayan daha bir restorandan şikayət - (Video)
-
Flora Kərimova: "Afət Fərmanqızı ilə barışmamışam"
-
Elvin uzun müddət sonra - (Video)
-
Alim Qasımov Üzeyirə : “Yazdığın mahnı çox xoşuma gəldi” - (Video)
-
"Bunker müəllimlər" və şişirdilmiş qiymətlər: Azərbaycanda repetitorluq böhranı nədən xəbər verir?
-
Evində uşaqlara dərs keçmək üçün şəraiti olanların diqqətinə!
-
Zidan Mbappe ilə bağlı qərarını açıqladı
-
Nobel mükafatının məbləği artırıldı
-
“Qarabağ” "Şəfa"ya, "Neftçi" "Qəbələ"yə qalib gəldi
-
Kadırovun oğlu səs verdikdən sonra “ləzginka” oynadı - (Video)
-
Sumqayıtda azyaşlını avtobus vuraraq öldürüb
-
Yevlaxda üç avtomobil toqquşub, sürücü xilas edilib - Yenilənib - (Video)





