Ölkə

MTRŞ koronavirusa görə vətəndaş qəbulunu dayandırır

18 Mart 2020 14:02
0 Şərh     Baxış: 781
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Milli Televiziya və Radio Şurası (MTRŞ) koronavirusa görə vətəndaşların qəbulunu dayandırır.

MTRŞ-dan Milli.Az-a verilən məlumata görə, koronavirus (COVID-19) infeksiyasının yayılmasının qarşısının alınması ilə əlaqədar görülən tədbirlər barədə Nazirlər Kabineti yanında Operativ Qərargahın 2020-ci il 13 mart tarixli məlumatını, həmçinin Azərbaycan Respublikası Baş Nazirinin dövlət qurumlarınının rəhbərlərinə ünvanlandığı 16 mart tarixli məktubunu nəzərə alaraq, Milli Televiziya və Radio Şurasında vətəndaşların qəbulu 2020-ci il martın 29-dək dayandırılır.

Bu dövr ərzində müraciətlər (012) 498-18-82 və (012) 598-50-42 telefon nömrələri vasitəsilə, həmçinin, Şuranın rəsmi elektron poçtu ([email protected]) və Facebook səhifəsi (www.facebook.com/ntrc.gov.az) ilə qəbul olunacaq.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.