Ölkə

Akademik Musiqili Teatrı dezinfeksiya edildi

14 Mart 2020 14:19
0 Şərh     Baxış: 718
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Akademik Musiqili Teatrda dezinfeksiya işləri aparılır.

Mədəniyyət Nazirliyindən Milli.Az-a verilən məlumata əsasən, son günlər dünyada pandemiya səviyyəsinə çatan Koronovirus (COVID-19) infeksiyasının Azərbaycan ərazisində də yayılmasının qarşısının alınması məqsədilə müvafiq dövlət qurumları tərəfindən zəruri profilaktik tədbirlər həyata keçirilir. Ölkəmizdə fəaliyyət göstərən bir çox idarə və müəssisələr kimi Azərbaycan Dövlət Akademik Musiqili Teatrında da bu istiqamətdə çox mühüm işlər aparılıb.

Akademik Musiqili Teatrın mətbuat xidmətindən bildirilib ki, virus təhlükəsi ilə bağlı teatrın tamaşa zalları, məşq və qrim otaqları, dəhlizləri, ümumilikdə bütün inzibati binanın hər tərəfi "Bakı Şəhər Dezinfeksiya Stansiyasının Səbail Rayonlararası Bölməsi"nın əməkdaşları tərəfindən dezinfeksiya olunub.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.