Ölkə

DOST mərkəzləri dezinfeksiya edilir - FOTO

13 Mart 2020 19:59
Baxış: 840
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Nazirlər Kabinetinin "Azərbaycanda yeni koronavirus xəstəliyinin yayılmasının qarşısının alınmasına dair fəaliyyət planı"nın icrası istiqamətində Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (ƏƏSMN) tabeliyindəki DOST Agentliyinin 1 saylı (Yasamal, Səbail) və 2 saylı (Xəzər, Pirallahı) Bakı DOST mərkəzlərində kompleks profilaktik tədbirlər görülür.

Milli.Az Trend-ə istinadən bildirir ki, inzibati binaların döşəmələri, qapı dəstəkləri və digər təmas səthləri hər gün bir neçə dəfə xüsusi dezinfeksiyaedici məhlullarla təmizlənir.

1 saylı Bakı DOST mərkəzi gün ərzində orta hesabla 450, 2 saylı Bakı DOST mərkəzi isə 170 vətəndaşa xidmət göstərir.

Mərkəzlərdə dezinfeksiya işləri aparılmaqla, əməkdaşların və xidmət üçün müraciət edən vətəndaşların sağlamlığının qorunması məqsədi ilə kompleks profilaktik tədbirlər görülür.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.