Ölkə

Ötən iki ayda 112 yaşayış binasına qaz verilib

12 Mart 2020 17:24
0 Şərh     Baxış: 648
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin "Bəzi çoxmənzilli binaların istismarına icazə verilməsinin sadələşdirilməsi haqqında" 19 fevral 2019-cu il tarixli 529 nömrəli Fərmanının icrası ilə əlaqədar Bakı şəhərində bir çox binanın istismara qəbulu prosesi bu il də diqqətdə saxlanılır.

"Azəriqaz" İstehsalat Birliyindən Milli.Az-a bildirilib ki, Fərmandan irəli gələn məsələlərin operativ həlli məqsədilə İstehsalat Birliyi müvafiq tədbirlərini davam etdirir.

Belə ki, 2020-ci il yanvar ayının 7-dən fevral ayının 29-dək 112 yaşayış binası üzrə 5097 mənzil təbii qazla təmin olunub.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.