İctimai Televiziya (İTV) tanınmış aparıcı Leyla Quliyevanın Musiqi departamentinin rəhbəri vəzifəsindən getməsi barədə yayılan xəbərlərə münasibət bildirib.
Milli.Az xəbər verir ki, kanalın Mətbuat xidmətindən "Qafqazinfo"ya verilən məlumata göre, L.Quliyeva təkcə vəzifəsindən getməyib, eyni zamanda kanalla da əməkdaşlığına son qoyub: "Öz istəyi ilə ərizəsini yazaraq İTV ilə yollarını ayırıb".
Bundan əlavə, kanal rəsmisi Quliyevanın "Səs Uşaqlar" layihəsində aparıcı kimi işinə davam edəcəyini açıqlayıb: "Layihə hələ davam etdiyi üçün orada aparıcılığa davam edir".
Milli.Az