Ölkə

Zümrüd Yağmur Fuad Qəhrəmanlıdan rəsmən boşandı

9 Mart 2020 14:12
Baxış: 3 850
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Abşeron rayon Məhkəməsində yazar Zümrüd Yağmurun AXCP sədrinin keçmiş müavini Fuad Qəhrəmanlıdan boşanması ilə bağlı qaldırdığı iddia üzrə məhkəmə prosesi keçirilib.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, hakim Elman Məmmədovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub. Məhkəmənin qərarı ilə Z. Yağmur ilə F. Qəhrəmanlı arasında olan rəsmi nigar pozulub. Məhkəmənin qərarı ilə birgə nigahdan olan övladları Z. Yağmurun himayəsinə verilib.

Qeyd edək ki, ötən ilin sentyabr ayında Fuad Qəhrəmanlının həyat yoldaşı Zümrüd İsrafil qızı Qəhrəmanlı (Zümrüd Yağmur) nikahın pozulması və yetkinlik yaşına çatmayan övladlarının ananın yanında qalması ilə bağlı Abşeron rayon Məhkəməsinə iddia qaldırmışdı. Məhkəmə prosesi bir neçə dəfə təxirə salınandan sonra məhkəmə tərəflərin barışması üçün onlara 3 ay vaxt vermişdi. 3 ay müddət başa çatdıqdan sonra tərəflər məhkəməyə dəvət olunaraq işə yenidən baxılıb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.