Ölkə

Peter Kimpian: Azərbaycan şəxsi məlumatların müdafiəsi üzrə qanunvericiliyini 108 saylı Konvensiyaya uyğun formalaşdırır

5 Mart 2020 13:24
Baxış: 724
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

"Azərbaycan şəxsi məlumatların müdafiəsi üzrə qanunvericiliyini 1981-ci il yanvarın 28-dən qüvvədə olan 108 saylı Konvensiyaya uyğun formalaşdırır".

Milli.Az Trend-ə istinadən xəbər verir ki, bunu Avropa Şurasının məlumatların müdafiəsi qrupunun müşaviri Peter Kimpian "Rəqəmsal hüquq: şəxsi məlumatların müdafiəsi" adlı tədbirdə deyib.

O bildirib ki, həmin Konvensiya bütün ölkələrə şamil olunur və Azərbaycanla yanaşı 55 ölkə həmin sənədi imzalayıb.

P.Kimpianın sözlərinə görə, 2018-ci il oktyabrın 10-da Şəxsi məlumatların müdafiəsi barədə Avropa konvensiyasına dəyişikliklərin edilməsi barədə Protokol imzalanıb:

"Protokol imzalanması üçün bütün dövlətlərə, o cümlədən Avropa Şurası üzvü olmayan dövlətlər üçün açıqdır. Protokolun siyasi əhəmiyyəti yüksəkdir. Sənəddə şəxsi məlumatların müdafiəsinin beynəlxalq təminatı öz əksini tapıb ki, bu da qlobal rəqəmsallaşma şəraitində mühüm əhəmiyyət kəsb edir".

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.