Ölkə

Azərbaycanda koronavirusun təsdiqləndiyi 3 nəfərin vəziyyəti necədir? - Operativ qərargah açıqladı

5 Mart 2020 12:35
Baxış: 4 678
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"Koronavirusla bağlı İsraildən Azərbaycana ekspertlər gələcəklər".

Milli.Az Trend-ə istinadən xəbər verir ki, bunu koronavirusla əlaqədar keçirilən brifinqdə Nazirlər Kabineti yanında yaradılan operativ qərargahın üzvü, Tibbi Ərazi Bölmələrinin İdarəetmə Birliyinin (TƏBİB) şöbə müdiri Yaqut Qarayeva deyib.

Onun sözlərinə görə, hazırda Azərbaycanda koronavirusun təsdiqləndiyi 3 nəfər var. Onların vəziyyəti stabildir və həkim nəzarətindədirlər:

"İranla sərhəddə 14 günlük karantin tətbiq edilir. 276 nəfər xüsusi dəhliz vasitəsilə İrandan Azərbaycana keçib. Onların hamısı karantin şəraitində saxlanılır".

Y.Qarayeva əlavə edib ki, xəstəliyin diaqnostikası yalnız ÜST-ün tələblərinə cavab verən testlər vasitəsilə aparılır.

O qeyd edib ki, martın 3-dən 9-dək təhsil müəssisələrinin bağlanması qabaqlayıcı tədbirdir:

"Valideynlər uşaqları bu müddətdə qapalı yerlərə aparmasınlar. Xahiş edirik ki, hər kəs bizim verdiyimiz tövsiyələrə əməl etsin".

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.