Ölkə

Noyabrdan bəri 400-dən artıq vətəndaş övladlığagötürmə ilə bağlı müraciət edib

3 Mart 2020 12:27
0 Şərh     Baxış: 725
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Hazırda Azərbaycanda valideyn himayəsindən məhrum olan 1000-dən çox uşaq var ki, onların da yalnız 40-50-si övladlığa verilmək üçün münasibdir.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, bunu Əmək və Əhalinin Sosial Müdafiəsi nazirinin müavini Anar Kərimov "Valideyn himayəsindən məhrum olmuş uşaqlar və övladlığagötürmə" altsisteminin təqdimatında çıxışı zamanı deyib.

Onun sözlərinə görə, övladlığa götürülmə ilə bağlı edilən müraciətlər daha çox böyük şəhərlərin payına düşür:

"Biz düşünürük ki, bu şəhərlərdə valideyn himayəsindən məhrum olan uşaqların sayı daha çoxdur. Faktiki olaraq bu uşaqlar valideynləri tərəfindən atılıb, amma hazırda onların övladlığa götürülməsi üçün bəzi hüquqi addımlar atılmalıdır. Bu uşaqların övladlığa götürülməsinin mümkün olması üçün sənədlər qaydaya salınmalıdır".

Nazir müavini qeyd edib ki, son illər ərzində 700-800 uşaq övladlığa verilib. Lakin keçən il övladlığa verilmə sistemindəki dəyişiklik və keçid dövrü olduğu üçün bu say azalaraq 140-a enib".

A.Kərimov əlavə edib ki, ötən ilin noyabrın 1-dən (ƏƏSMN-də övladlığa götürülmə ilə bağlı alt sistem fəaliyyətə başlayıb) bu günə qədər 400-dən artıq vətəndaş övladlığagötürmə ilə bağlı müraciət edib. Azərbaycanda uşaqların övladlığa götürülməsi ilə bağlı müraciətlər daha çox uşaqların qohumları tərəfindən edilir.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.