Ölkə

Pullar da infeksiya daşıyıcısı ola bilər - Diqqət

29 Fevral 2020 18:24
0 Şərh     Baxış: 1 364
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Pul sürətlə əldən-ələ keçir. Koronavirusun əşyalardan keçməsi halları da var. Virus pula düşdüsə, həmin pul da bir əldən bir başqasına keçirsə, adamın yoluxması ehtimalı var.

Milli.Az Axar.az-a istinadən xəbər verir ki, bu sözləri iqtisadçı-ekspert Əkrəm Həsənov "Yeni Müsavat"a açıqlamasında deyib. Ekspert bildirib ki, koronavirusun pul əsginazları üzərində yayılma ehtimalı var:

"Virusların daha çox insanların sıx toplaşdığı məkanlarda - məktəblərdə, metrolarda, avtobuslarda, ali məktəblərdə yayılması üçün olduqca münbit şərait olur. Bir də pul sürətlə əldən-ələ keçir. Koronavirusun əşyalardan keçməsi halları da var. Virus pula düşdüsə, həmin pul da bir əldən bir başqasına keçirsə, adamın yoluxması ehtimalı var. Həmin şəxsin yoluxması ilə yenə də virus pul əsginazı ilə digər şəxsə ötürülə bilər. Beləcə, yoluxma sayı arta bilər. Bu baxımdan alış-veriş zamanı nağdsız ödənişlərə üstünlük vermək vacibdir".

Milli.Az 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.