Ölkə

Həbsdəki oğluna yeməyin içində narkotik gətirdi - FOTO

29 Fevral 2020 17:36
0 Şərh     Baxış: 1 944
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Penitensiar Xidmətin əməliyyat aparatının həyata keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində 3 saylı İstintaq Təcridxanasına narkotik və psixotrop maddə keçirilməsi cəhdinin qarşısı alınıb.

Xidmətin İctimaiyyətlə əlaqələr şöbəsindən Milli.Az-a verilən məlumata görə, Cinayət Məcəlləsinin 234.4.3-cü (narkotik) maddəsinə əsasən təqsirli bilinərək həbs edilən Qafarov Namiq Alim oğluna anası, Bakı şəhər sakini Qafarova Nailə Vəli qızı tərəfindən gətirilən sovqata baxış keçirilən zaman yeməyin içərisində gizlədilən bükülülərdə 0,785 qram narkotik maddə - heroin və 0,206 qram psixotrop maddə - metamfetamin aşkar edilib.

Faktla bağlı araşdırma aparılır.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.