Ölkə

Bakıda daha 616 evə qaz verildi

28 Fevral 2020 20:49
0 Şərh     Baxış: 778
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Fevralın 28-də Xəzər rayonu, Binə qəsəbəsi "Atçılıq" adlandırılan ərazidə Badam bağlarının ətrafında yerləşən yeni massivin qazlaşdırılması işləri başa çatdırılıb.

"Azəriqaz" İstehsalat Birliyindən Milli.Az-a verilən məlumata əsasən, yaşayış massivinin qazlaşdırılmasına ötən ilin iyul ayında başlanılıb və iki mərhələdə həyata keçirilib.

Birinci mərhələdə müxtəlif diametrli borularla 38 471 metr, ikinci mərhələdə isə 10 092 metr qaz kəməri çəkilib.

Qeyd edilib ki, ümumilikdə 616 fərdi yaşayış evinin qazlaşdırılması üçün müxtəlif diametrli metal borularla 48 563 metr uzunluğunda qaz kəməri çəkilib.

Hər bir mənzil qaz sayğacı və fərdi tənzimləyici ilə təmin edilib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.