Ölkə

Ölkəyə gələn şəxslərdə koronavirus aşkarlanmasa belə, 14 gün özlərini qorumalıdırlar - Operativ qərargah

28 Fevral 2020 18:45
2 Şərh     Baxış: 1 453
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Gömrükdən keçən insanlarda virusla bağlı problem aşkarlanmasa belə onlar 14 gün ərzində özlərini ciddi şəkildə qorumalıdırlar.

Milli.Az Trend-ə istinadən bildirir ki, bunu Nazirlər Kabinetinin yanında operativ qərargahın üzvü Yaqut Qarayeva koronavirusla bağlı KİV nümayəndələri üçün təşkil edilən brifinqdə bildirib. Onun sözlərinə görə, ölkəyə daxil olan vətəndaşlara bu barədə keçid məntəqələrində də bildirilir:

"Gömrük keçid məntəqəsindən ölkəyə daxil olan şəxs yoxlanıldıqdan sonra hər hansı bir problem aşkar olunmursa həmin şəxsə məlumat vərəqələri təqdim olunur. Bundan əlavə, ona şifahi şəkildə də məlumatlar verilir. Yoxlamadan keçən şəxslərin növbəti 14 gün ərzində sağlamlığına ciddi şəkildə diqqət etməyi tövsiyə olunur. Vətəndaşa evdən çölə zəruri hallarda çıxması, gigiyenasına diqqət etməsi və əsasən də ailəsində, qohumluqda olan uşaq və yaşlılarla maksimum dərəcədə təmasa girməməsi tövsiyə olunur".

Milli.Az 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.