Azərbaycanda ov mövsümü başa çatır
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Gələn həftədən ölkədə ov mövsümü başa çatır.
Milli.Az Trend-ə istinadən xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Ekologiya və Təbii Sərvətlər Nazirliyinin departament rəhbəri Hikmət Əlizadə deyib.
O qeyd edib ki, martın 7-də artıq rəsmi olaraq ov mövsümü bitir: "Bu o deməkdir ki, artıq ayın 7-dən sonra ov icazələrinin verilməsi tam dayandırılacaq. Vətəndaşlar, ovçular bilməlidir ki, həmin tarixdən etibarən təbiətə ov məqsədilə getmək qadağandır. Bu müəyyən hüquqi nəticələr doğura bilər. Hazırda ov mövsümünün bağlanması heyvanların və quşların bioloji xüsusiyyətləri ilə bağlıdır. Növlərin çoxalma dövrü artıq başlayır. Həmin dövrdə onlara ziyan dəyməməsi üçün ov mövsümü qadağan olunur".
H.Əlizadə növbəti ov mövsümünün vaxtını da açıqlayıb:
"Növbəti ov mövsümünün may ayının sonu, iyunun əvvəlində başlanılması gözlənilir. Başlayan zaman Ekologiya və Təbii Sərvətlər Nazirliyinin nəzdində ov məsələləri üzrə elmi koordinasiya Şurasında müzakirələr aparılacaq. Həmin şuranın tərkibi bu il daha da genişlənib, daha çox mütəxəsis dəvət olunub.
Ov icazələri ilə bağlı hər il Elmi Koordinasiya Şurasında müzakirələr aparılır. Əvvəlki illərə nisbətən 2019-cu ildə ov icazəsi üçün daha çox lisenziya ayrılıb. Çünki müraciətlər daha çox idi. 2020-ci ildə nə qədər müraciət olacaq, bu şurada müzakirələr, həm vətəndaşların müraciəti, həm təbiətdə gedən proseslərdən, quşların say artımına görə limit müəyyən ediləcək. Müraciətlər əsasən orta yaşın nümayəndələri tərəfindən olur. Bizdə olan statistika göstərir ki, gənclər ova meyil etmirlər. Bu, sevindirici haldır. 35-40 və daha yuxarı yaşlı təbəqənin nümayəndələri müraciət edirlər".
Departament rəhbəri vurğulayıb ki, az sayda da olsa qadınların ov biletlərinin alınmasında marağı var:
"Hər zaman qadınlar ov icazəsi ilə bağlı müraciət edib. İndi də az sayda da olsa ovçu qadınlarımız var".
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
Cəlilabadda içməli su xəttində qəza - Yolu su basdı
-
Vətəndaşların hərbi əməliyyatlara muzdlu döyüşçü kimi cəlb olunması təhlükəsizlik mühitinə ciddi təhdiddir - DTX rəisi
-
DTX rəisi general-polkovnik Əli Nağıyev Türkdilli Dövlətlərin Xüsusi Xidmət Orqanları Konfransının 28-ci iclasında iştirak edib
-
Afət Fərmanqızı bloqeri məhkəməyə verdi
-
Əşrəf Əşrəfliyə hökm oxundu
-
"Nə vaxt soruşursan deyir, 80 yaşım var" - Sevil və Sevinc - (Foto/Video)
XƏBƏR LENTİ
-
Cəlilabadda içməli su xəttində qəza - Yolu su basdı
-
Unu kağız torbada saxlamayın: Zərərvericilərdən və nəmdən belə qoruyun
-
Paşinyan: Ermənistan dəmir yolu bizim mülkiyyətimizdir
-
Alyaskada 6,3 ballıq zəlzələ baş verib
-
Vətəndaşların hərbi əməliyyatlara muzdlu döyüşçü kimi cəlb olunması təhlükəsizlik mühitinə ciddi təhdiddir - DTX rəisi
-
“Ayaqlarım mənim əvəzimə daha yaxşı danışır” - Mbappe
-
DTX rəisi general-polkovnik Əli Nağıyev Türkdilli Dövlətlərin Xüsusi Xidmət Orqanları Konfransının 28-ci iclasında iştirak edib
-
Afət Fərmanqızı bloqeri məhkəməyə verdi
-
Əşrəf Əşrəfliyə hökm oxundu
-
"Nə vaxt soruşursan deyir, 80 yaşım var" - Sevil və Sevinc - (Foto/Video)
-
Musiqi, balet və teatrın dünya ulduzları Bakı Beynəlxalq İncəsənət Festivalında - (Foto)
-
Rafinya Messinin rekordunu qırdı
-
Şoyqu Paşinyanı tənqid etdi
-
Qanunsuz heyvan kəsimi ciddi risklər yarada bilər
-
Amerikalı məşhur rəssam 88 yaşında vəfat etdi
-
15 yaşlı qapıçı “Kəpəz”in tarixinə düşdü
-
Dövlətin ən həssas sərhədi xəritədə deyil
-
Goranboyda 22 yaşlı oğlanın meyiti əkin sahəsində aşkarlandı
-
Danla Bilic 8-ci dəfə əməliyyat olundu - (Foto)
-
Azərbaycan futbol tarixində ilk: Final Gəncədə olacaq
-
Millimizin Tacikistanla oyununu o idarə edəcək
-
İsveçin Baş naziri istefa verdi
-
Afaq Bəşirqızının adını çəkib ağladı - (Video)
-
İsti hava Avropanı ərzaq böhranı ilə üz-üzə qoydu, qıtlıq yarandı





