"Xocalı faciəsi ermənilərin zalımlığının və vəhşiliyinin təsdiqlərindən biridir"
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Xocalı faciəsi ermənilərin zalımlığının və vəhşiliyinin təsdiqlərindən biridir, erməni təcavüzkarları tərəfindən kiçik Azərbaycan şəhərində törədilmiş qanlı qırğının ağrısı isə bu günədək azalmır.
Milli.Az xəbər verir ki, bunu Trend-ə Ukrayna Elmlər Akademiyasının akademiki, hüquq elmləri doktoru Arif Quliyev deyib.
O bildirib ki, Xocalı soyqırımı tarixə erməni ekstremist və şovinistləri tərəfindən azərbaycanlılara qarşı törədilmiş ən qorxunc kütləvi terror aktı kimi daxil olub:
"İki yüz il boyunca Azərbaycan xalqı Ermənistan tərəfindən etnik təmizləmə və soyqırıma məruz qalıb. Bunu tarixi faktlar da təsdiq edir. "Böyük Ermənistan" ideyası ilə yaşayan ermənilər öz məqsədlərinə nail olmaq üçün xarici havadarlarının köməyi ilə 1905-1906, 1918-1920, 1948-1953 və 1988-1993-cü illərdə azərbaycanlılara qarşı terror və soyqırım həyata keçirib və etnik təmizləmə siyasətini reallaşdırıb".
A.Quliyev deyib ki, 1992-ci ilin əvvəlindən Ermənistan qoşunları təcavüzkar siyasətini genişləndirməyə və Dağlıq Qarabağdakı yaşayış məntəqələrini ard-arda işğal etməyə başladı. Akademik hesab edir ki, erməni silahlıları tərəfindən 90-cı illərin əvvəllərində Qarabağın Azərbaycan kəndlərində törədilmiş kütləvi qırğınlar və Xocalı soyqırımı özünü "əzilən" adlandıran ermənilərin vicdanında qara ləkə qalacaq:
"Bir müddət əvvələdək hakimiyyətdə olmuş "insanlar" - Serj Sarkisyan, Seyran Ohanyan, Robert Koçaryan və onlarla digər terrorçu Dağlıq Qarabağda, digər işğal olunmuş ərazilərdə azərbaycanlıların qırğınını və etnik təmizlənməsini təşkil edib və bunda iştirak ediblər".
Onun fikrincə, Xocalı soyqırımını törətmiş düşmənin məqsədi Azərbaycan xalqının iradəsini qırmaq, müstəqillik yolundan geri döndərmək, ərazi bütövlüyü uğrunda mübarizəsini dayandırmaq və torpaqlarını zorla ələ keçirməkdən ibarət idi.
Akademik əlavə edib ki, Xocalı hadisələrinin bir sıra ölkələr tərəfindən soyqırım kimi tanınmasına baxmayaq, bu qorxunc cinayətin törədilməsinə görə hələ də heç kim cəzalandırılmayıb:
"Qurbanlar və cəlladlar hələ də yan-yana mövcudluğunu davam etdirir, təşkilatçılar və sifarişçilər qorxunc planlarını cızmaqda davam edir. Təkcə Azərbaycanda deyil, bütün post-sovet məkanında da bu cür qeyri-insani vəhşiliklərə göz yummuş Qorbaçov isə bütün dünyada insanlara demokratiya "dərsləri" keçir. Erməni işğalçılarının Xocalı sakinləri üzərindəki vəhşilikləri barədə kifayət yazılıb, faciə yerindən çoxlu foto və videogörüntülər var, amma indiyə qədər bir sual cavabsız qalmaqdadır: niyə bu vəhşi cinayətdə günahkarlar cəzalanadırılmayıb?"
Milli.Az
DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
-
Aqrar sahədə hansı texnikalara güzəşt ediləcək?
-
Gələn il maaşlar artacaq?
-
İlkin Həsənidən bloqer xanımına bahalı hədiyyə - (Video)
-
Palçıq Vulkanları Turizm Kompleksinə mediatur təşkil olunub - (Foto)
-
Yamal yaşadığı ağır günləri danışdı: "Atam dəmir yığırdı"
-
"Quran"ı təhqir edən komediyaçı azadlığa buraxıldı
-
U-17 qızlarımızın ilk sınağı ağır məğlubiyyətlə başa çatdı
-
Bakı-Naxçıvan-Bakı aviareysi təxirə salındı
-
Azər Aydəmir özünə yeni iş tapdı
-
Azərbaycan İnvestisiya Holdinqinin siyahısında dəyişiklik edilib
-
Pakistanda azərbaycanlı qadına qarşı qrup şəklində cinsi zorakılıq
-
Azərbaycanda hava ilə bağlı daha bir xəbərdarlıq
-
Cenifer Lopezin Milanda "balkon görüntüsü" müzakirə yaratdı - (Video)
-
Ermənistanda benzinin qiyməti rekord həddə çatdı
-
Xamenei Ərəb dənizi ilə bağlı xəbərdarlıq etdi - “Yaxın günlərdə...”
-
Hindistanda daşqınlar 81 nəfərin həyatına son qoydu
-
Pünhan Piriyevin toyundakı rəqsləri gündəm oldu - (Video)
-
Binəqədidə ana və oğul ölü tapıldı - (Yenilənib)
-
Aİ Rüstəm Minnixanova qarşı sanksiya tədbiq etdi
-
Seymur Cəfərov vəfat etdi
-
Ərdoğanın müavini istefa verdi
-
Marketlərdə toyuq filesi niyə yoxdur?
-
23 yaşlı azərbaycanlı gənc Türkiyədə faciəvi şəkildə öldü - (Video)
-
Osimhen 1,2 milyonluq "ferrari"si ilə diqqət çəkdi - (Video)





