Oğul bıçağa əl atdı: “Ata, bizdən nə istəyirsən?..” - Dəhşətli qətl
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Kürdəmir rayonunda atasını öldürməkdə təqsirli bilinən 1983-cü il təvəllüdlü Mətləb Nizamovun işinə Ali Məhkəmədə yekun vurulub.
Milli.Az teleqraf.com-a istinadən xəbər verir ki, Mətləb Nizamov Bakı şəhərində olarkən arvadı Samirə Nizamova ona zəng edib.
Samirə ərinə atasının spirtli içki qəbul edərək onları incitdiyini, nalayiq ifadələrlə təhqir etdiyini, evdəkilərlə aqressiv davrandığını bildirib.
Bundan sonra Mətləb Nizamov Bakı şəhərindən Kürdəmir rayonuna evlərinə qayıdıb. O, həyətə girərkən atası Əflatunun sərxoş vəziyyətdə, əlində araq şüşəsi orada oturduğunu görüb.
Mətləb Nizamov qışqıra-qışqıra atasına "Sən nə istəyirsən bu ailədən, niyə qoymursan rahat yaşayaq" deyib. Bu zaman Əflatun ona "hamınızı qıracağam, öldürəcəyəm" deyə cavab verib.
Həmin vaxt səs-küyə qonşuluqda yaşayan Mətləbin əmisi qızı Xalidə Məmmədova gəlib. Xalidə əmisi Əflatundan bu ailədən nə istədiyini soruşub. Əflatun Xalidəni də təhqir edib.
Daha sonra Mətləb atasından başqa anası Məlahət Nizamova, əmisi qızı Xalidə Məmmədova, arvadı Samirə Nizamova ilə birlikdə evə girib, televizorda yayımlanan seriala baxıblar.
Təxminən 10 dəqiqə sonra Əflatun həyətdən onların ünvanına ucadan nalayiq ifadələr işlədib. Həyətdən balta götürərək evə daxil olub.
Əflatun baltanı onlara atmaq istəyəndə Mətləb ayağa qalxaraq atasının qolunu burub, anası Məlahət və əmisi qızı Xalidə baltanı Əflatunun əlindən zorla alıb.
Əflatun həyətə çıxıb, ailə yenidən seriala baxmağa davam edib. Təxminən 15-20 dəqiqə sonra yenidən Əflatunla Mətləbin arasında mübahisə düşüb. Onların səsinə Məlahət həyətə çıxıb. Əflatunun oğlu Mətləbin boğaz nahiyəsindən yapışıb əxlaqsız ifadələr işlətdiyini görüb.
Atasının bu hərəkətlərinə dözməyən Mətləb bıçağı götürərək anasının gözləri qarşısında atasına bir neçə zərbə vurub.
Əflatun Nizamov öz oğlunun və qohumlarının köməyi ilə Kürdəmir Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. İxtisaslı tibbi yardım göstərilməsinə baxmayaraq onun həyatını xilas etmək mümkün olmayıb.
İstintaq orqanı tərəfindən Mətləb Nizamovun barəsində Cinayət Məcəlləsinin 126.3-cü (ehtiyatsızlıqdan zərərçəkmişin ölümünə səbəb olma) maddəsi ilə ittiham elan edilib.
Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Mətləb Nizamov 10 il 6 ay müddətinə azadlıqdan məhrum edilib. Hökmdən narazı qalan Mətləb Nizamov apelyasiya şikayəti verib.
Maraqlıdır ki, Mətləb Nizamov apelyasiya şikayətində günahsız olduğunu, atasının özü qarın nahiyəsinə xəsarət yetirərək, intihar etdiyini söyləyib. O, barəsində bəraət hökmünün çıxarılmasını istəyib. Hüquqi varis İntizar Nizamova da qardaşının atasını öldürmədiyini, ona bəraət verilməsini istəyib.
Təqsirləndirilən şəxsin şikayəti araşdırılması üçün Şirvan Apelyasiya Məhkəməsinə göndərilib. Şikayət hakim Ələsgər Novruzovun sədrlik etdiyi kollegiyada araşdırılıb.
Qərara görə, Mətləb Nizamovun apelyasiya şikayəti təmin olunmayıb.
Qərardan narazı qalan Mətləb Nizamov kasasiya şikayəti verib. Onun şikayətinə Ali Məhkəmədə hakim Hafiz Nəsibovun sədrlik etdiyi kollegiyada baxılıb.
Hakim heyəti kasasiya şikayətini araşdıran zaman həbsxanada cəza çəkən Mətləb Nizamov məhkəməyə məktub ünvanlayıb. O, şikayətini geri götürdüyünü göstərib. Onun öz istəyi ilə kasasiya şikayəti araşdırılmayıb və baxışdan çıxarılıb.
Bundan sonra bir müddət Mətləb Nizamov kasasiya şikayəti verməyib. Amma sonradan Ali Məhkəməyə müraciət edən Mətləb Nizamova kasasiya şikayətinin verilmə müddətinin bitməsi izah olunub.
Bu izahatı alan Mətləb Nizamov Ali Məhkəməyə vəsatət göndərib. O, həbsxanada olduğu üçün kasasiya şikayətinin verilmə müddətini ötürdüyü qeyd edib.
Mətləb Nizamov vəsatətində kasasiya şikayətinin verilmə müddətinin bərpa olunmasını, kasasiya şikayətinə adiyyəti üzrə baxılmasını, günahsız olduğu üçün barəsində bəraət hökmünün çıxarılmasını istəyib.
Mətləb Nizamovun vəsatətinə Ali Məhkəmədə hakim Hafiz Nəsibovun sədrlik etdiyi kollegiyada araşdırılıb, sonda vəsatətin təmin olunmaması barədə qərar elan edilib.
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
Abşeronda müşahidə edilən çəyirtkələrlə bağlı narahatlığa rəsmi cavab: Vəziyyət nəzarətdədir
-
Bazar günü çox isti olacaq
-
Toyda kövrək anlar: Gəlinlə atasının rəqsi müzakirə yaratdı - (Video)
-
Cavidan Novruzun Sənubər İsgəndərli ilə selfisi gülüş yaratdı - (Video)
-
Yasamalda partlayış olan evdən görüntülər: 4 nəfərə satılıbmış... - Yenilənib - (Fotolar)
-
Yasamalda hərəkət edən bütün sürücülərə XƏBƏRDARLIQ
XƏBƏR LENTİ
-
Abşeronda müşahidə edilən çəyirtkələrlə bağlı narahatlığa rəsmi cavab: Vəziyyət nəzarətdədir
-
Bazar günü çox isti olacaq
-
Toyda kövrək anlar: Gəlinlə atasının rəqsi müzakirə yaratdı - (Video)
-
Cavidan Novruzun Sənubər İsgəndərli ilə selfisi gülüş yaratdı - (Video)
-
Yasamalda partlayış olan evdən görüntülər: 4 nəfərə satılıbmış... - Yenilənib - (Fotolar)
-
Yasamalda hərəkət edən bütün sürücülərə XƏBƏRDARLIQ
-
Rusiya ordusu Donetskin şəhərini ələ keçirdi
-
Deputatdan pensiyalarla vacib məlumat
-
Bilgəh Sanatoriyasının ərazisində çimərliyə giriş pullu oldu - Şikayət (Foto)
-
Zamiq Bodrumda oğlunu Fatih Terimlə görüşdürdü - (Foto)
-
"Arzum"un işi ilə bağlı yeni iddia: Amal Məlikov xuliqanlıq və narkotik işi üzrə məhkum olunub... - İddia (Fotolar)
-
İrandan Hörmüz boğazı ilə bağlı xəbərdarlıq
-
Ronaldo matç öncəsi görüntüsü ilə müzakirə yaratdı: Təkcə su içirəm demişdi... - (Video)
-
Sumqayıtda gənc qız çimərlikdə boğuldu
-
Fatimə Kərimova cinayətinin yeni detalları: Atasından daşınmaz əmlaklar qalıbmış
-
Tramp öz imzası olan yeni 100 dollarlığı paylaşdı - (Foto)
-
DÇ-2026: Kanada Mərakeşə, Paraqvay Fransaya qarşı
-
Rəqəmsal transformasiya iqtisadi inkişafla birbaşa bağlıdır - Kamaləddin Qafarov
-
Türkan Vəlizadə dəyişib belə oldu - (Video)
-
Ehtiyatda olan bütün hərbi vəzifəlilərin NƏZƏRİNƏ
-
Tramp İrana 1 həftə vaxt verdi
-
Prezident: Azərbaycan-ABŞ münasibətlərinin yüksələn xətlə və uğurla inkişaf etməsi məmnunluq doğurur
-
Prezident İlham Əliyev Donald Trampı təbrik edib
-
Messi Maradona və Mbappeni geridə qoydu





