Ölkə

Azərbaycana gələn iranlılarda koronavirus şübhəsi... - Baş həkimdən AÇIQLAMA

22 Fevral 2020 10:49
3 Şərh     Baxış: 3 427
VTB-də yüksək depozit faizleri daha çox qazandırır

Azərbaycanda olan İran vətəndaşlarından koronavirus şübhəsi ilə bağlı 1 saylı Kliniki Tibbi Mərkəzə müraciət edən olmayıb.

Milli.Az xəbər verir ki, bu barədə Trend-ə 1 saylı Kliniki Tibbi Mərkəzin baş həkimi Ədalət Dadaşov deyib. Baş həkim bildirib ki, İrana səfər edən Azərbaycan vətəndaşlarından və ya Azərbaycana gələn iranlılardan Mərkəzin mərkəzin yoluxucu xəstəliklər şöbəsinə müraciət edən olmayıb.

Xatırladaq ki, Gürcüstana səfər edən 3 nəfər İran vətəndaşı koronavirus şübhəsi ilə Tbilisi şəhər Yoluxucu Xəstəliklər Xəstəxanasına müraciət edib. Həmin şəxslər dərhal nəzarətə götürülərək karantinə alınıb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.