Ölkə

İtkin düşən Bakı sakininin meyiti tapıldı

21 Fevral 2020 20:04
0 Şərh     Baxış: 2 421
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

İtkin düşdüyü deyilən Sabunçu rayon sakininin meyiti tapılıb.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, fevralın 17-si səhər saatlarında paytaxtın Sabunçu rayonu, Nardaran qəsəbəsində yaşayan 1954-cü il təvəllüdlü B.Həşimov evdən çıxıb və bir daha geri qayıtmayıb. 

Bununla bağlı Sabunçu Rayon Polis İdarəsinə (RPİ) onun ailə üzvləri tərəfindən məlumat verilib.

Daxil olan müraciət əsasında Sabunçu RPİ-nin 42-ci Polis Bölməsi əməkdaşları tərəfindən təxirəsalınmaz axtarış tədbirləri həyata keçirilib.

Məlum olub ki, itkin düşmüş kimi axtarışa verilən B.Həşimov fevralın 18-də şəhər klinik xəstəxanasında ürək çatışmazlığı diaqnozundan vəfat edib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.