Ölkə

19 yaşlı oğul atasını bıçaq zərbələri ilə qətlə yetirdi - Qubada dəhşət

15 Fevral 2020 10:29
7 Şərh     Baxış: 3 760
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Qubada oğul atasını öldürüb.

Milli.Az APA-ya istinadən xəbər verir ki, hadisə rayonun Birinci Nügədi kəndində qeydə alınıb.  Aralarında yaranan şəxsi münaqişə zəminində 2001-ci il təvəllüdlü Şükürov Mətləb Bəşarət oğlu atası Şükürov Bəşarət Ramazan oğlunu çoxsaylı bıçaq zərbələri ilə qətlə yetirib.  

***

Qubada 19 yaşlı oğulun atasını bıçaqla qətlə yetirməsinin təfərrüatı məlum olub.

Birinci Nügədi kənd bələdiyyəsindən Oxu.az-a verilən məlumata görə, kənd camaatı hadisədən səhər saat 5 radələrində xəbər tutub.

"19 yaşlı Şükürov Mətləb Bəşarət oğlu öz atası - 60 yaşlı Şükürov Bəşarət Ramazan oğlunu bıçaqlayaraq qətlə yetirib. Hadisəni hansı səbəbdən törətdiyini bilmirik.

Ailədə heç bir münaqişə olmayıb. Atası Rusiya vətəndaşı idi və kəndə dünən gəlmişdi. Səhər saat 5 radələrində məsələdən xəbər tutduq. Hazırda araşdırma aparılır", - bələdiyyə sədri Babək Orucov saytımıza açıqlamasında vurğulayıb.

Faktla bağlı Quba rayon prokurorluğunda cinayət işi açılıb, araşdırmalar davam etdirilir.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.