Ölkə

AQTA il ərzində məhv edilən qida məhsullarının həcmini açıqladı

13 Fevral 2020 17:15
0 Şərh     Baxış: 667
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

2019-cu il ərzində əhalinin qida təhlükəsizliyinin təmin edilməsi məqsədi ilə Qida Təhlükəsizliyi Agentliyi tərəfindən qida təhlükəsizliyi, baytarlıq və fitosanitar sahədə yoxlamalar və idxal-ixrac nəzarəti tədbirləri həyata keçirilib.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) sədri Qoşqar Təhməzli Yeni Azərbaycan Partiyasının (YAP) İcra Katibliyində keçirilən mətbuat konfransında bu barədə məlumat verib.

Bildirib ki, həyata keçirilən tədbirlər zamanı ümumilikdə 103703.4 ton və 99382 ədəd məhsul müxtəlif üsul və vasitələrlə zərərsizləşdirilib, 629.3 ton, 9734.9 litr və 152 ədəd məhsul məhv edilib, 33273 ton məhsul isə utilizasiya edilib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.