Ölkə

Bakıda 4 milyon manata villa satışa çıxarıldı

13 Fevral 2020 10:44
0 Şərh     Baxış: 5 878
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Bakıda satışda olan ən bahalı və ən ucuz mənzillərin qiyməti və yerləşdiyi ərazi məlum olub.

Milli.Az xəbər verir ki, "MBA Group" konsaltinq şirkətinin direktoru Nüsrət İbrahimov Trend-ə deyib ki, rəhbərlik etdiyi qurumun portfelində ötən ay Bakıda ən bahalı mənzil Nərmanov rayonunda qeydə alınıb.

Onun sözlərinə görə, bu rayonda yeni binada yerləşən 285 kvatratmetr sahəsi olan 4 otaqlı mənzilin qiyməti 1 850 000 manat olub. N.İbrahimov bildirib ki, ən ucuz mənzil qiyməti isə Qaradağ raynunda 4 otaqlı, təmirli və "Leninqrad" layihəsi olan mənzil olub, qiyməti 40 min manat təşkil edib.

N.İbrahimov vurğulayıb ki, ən bahalı həyət evi isə 4 milyon manat dəyərində Binəqədidə Heydər Məscidinin yaxınlığında yerləşən və 600 kvadratmetr sahəsi olan villa olub.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.