Ölkə

"Formula 1 kimi beynəlxalq əhəmiyyətli yarışlar Bakını dünyada təbliğ edir" - Eldar Əzizov

12 Fevral 2020 11:42
Baxış: 1 013
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Formula 1 kimi beynəlxalq əhəmiyyətli yarışlar həm Bakını dünyada təbliğ edir, həm də şəhər sakinləri bu yarışları çox böyük maraqla izləyir.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, bunu Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizov "İrimiqyaslı idman yarışlarının keçirilməsinin ölkəyə faydaları" mövzusunda beynəlxalq konfransda deyib.

İcra başçısı bildirib ki, Azərbaycanda mövcud olan sabitlik və inkişaf nəticəsində belə bir tədbiri keçirmək mümkün olur: "Bunun müsbət tərəflərini görməkdəyik. 2016-cı ildən indiyədək turistlərin sayı 4 dəfə artıb. 2016-cı ildə 144 otel var idisə, indi 200-dən çoxdur.

Belə əhəmiyyətli tədbirlər həm Bakını dünyada təbliğ edir, həm də sakinlərimiz böyük sürətlə dünyaya inteqrasiya edirlər. Belə tədbirləri davam etdirmək niyyətindəyik. Bu il də yüksək səviyyədə Qran-pri keçirəcəyimizə əminəm".

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.